Apr 06, 2020 12:24 Asia/Baku
  • Conson xəstəxanaya yerləşdirilib
    Conson xəstəxanaya yerləşdirilib

İngiltərə baş nazirlik ofisi bu ölkənin baş naziri Boris Consonun xəstəxanaya yatırılmasından xəbər verib.

İngiltərə baş nazirlik ofisi bir açıqlamada bildirib ki, koronavirusa yoluxmasından on gün keçəndən sonra xəstəlik əlamətlərinin davamlı olmasına görə, Boris Conson daha artıq analizlərin alınması üçün dünən gecə xəstəxanaya yerləşdirilib.

İngiltərə baş nazirinin analizinin nəticəsi martın 27-də pozitiv elan olunmuşdu və o, həmin müddətdə ev karantinində idi.

Sputnik informasiya agentliyi bu gün səhər tezdən bildirib ki, Consonun oksigen aparatına ehtiyacı var.

CONSON XƏSTƏXANAYA YERLƏŞDİRİLİB