Apr 06, 2020 15:05 Asia/Baku
  • ABŞ-da COVID-19 tələfatının sayı rəsmi rəqəmlərdən yuxarıdır
    ABŞ-da COVID-19 tələfatının sayı rəsmi rəqəmlərdən yuxarıdır

«Vaşinqton Post» qəzeti xəbər verib ki, Amerikada koronavirus tələfatının sayı rəsmi rəqəmlərdən qat-qat yuxarıdır.

«Vaşinqton Post» qəzeti bir reportajda Amerikanın səhiyyə və müalicə sahəsinin mütəxəssislərinə istinadla bu ölkə hökumətinin koronavirus pandemiyasından irəli gələn ölüm halları barədəki statistikalarına işarə edib. Yazıb ki, bu virusun sürətlə yayılması yəqin ki, adları heç vaxt siyahılar və statistikalarda qeyd olunmayan çoxlu sayda amerikalının ölümünə bais olubdur.

Bu məlumata görə, Amerikada xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi, yalnız analizlərlərinin müsbət olması laboratoriyalarda təsdiq və qeyd olunan şəxslərin ölüm miqdarını elan edir.

«Vaşinqton Post» bu reportajda sonra yazır: Amerikada koronavirus pandemiyasının ilk həftələrində test imkanlarının biabırçı şəkildə mümkünsüzlüyü o deməkdir ki, Amerikada tənəffüs xəstəliklərinə yoluxan şəxslər bu xəstəlik nəticəsində ölənlərin siyahısında qeydə alınmadan həyatlarını itiriblər.

ABŞ-DA COVID-19 TƏLƏFATI RƏSMİ RƏQƏMLƏRDƏN YUXARIDIR

Teqlər