Apr 07, 2020 08:13 Asia/Baku
  • ABŞ-da COVID-19 tələfatı 10 min nəfəri keçib

Amerikada koronavirus tələfatının sayı digər bir sıçrayışla 10 min nəfər həddini keçib.

ABŞ mediaları dünən gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 356 min 7 nəfərə çatıb. Onlardan on min 467 nəfər həyatını itiribdir.

Amerika hazırda bu xəstəliyə düçar olan ölkələrin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı martın 24-də elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

"Trutos" amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

ABŞ-DA COVID-19 TƏLƏFATI 10 MİN NƏFƏRİ KEÇİB