Apr 08, 2020 09:44 Asia/Baku
  • Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
    Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 80 mini ötüb.

virusa yoluxanların sayı isə 1 milyon 400 mindən çox olub.

Virusa yoluxma sayına görə, ilk yerdə ABŞ, sonrakı sıralarda İspaniya və İtaliyadır.

Qeyd edək ki, dünyada koronavirusdan sağalanların sayı 300 mindən çoxdur.

“Dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra bu mövzu barədə danışmaq mümkün olacaq”

bunu Dünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “Rossiya-1” telekanalında COVİD-19-un nə vaxt bitəcəyinə dair sualı cavablandırarkən deyib.

O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: “Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun əhalidən necə keçməsindən asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”. 

Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: "Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir”.

DÜNYADA COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 80 MİNİ ÖTÜB