Apr 08, 2020 19:13 Asia/Baku
  • C. Koreyadakı amerikalı hərbçilər arasında COVID-19-a yoluxanların sayı artıb
    C. Koreyadakı amerikalı hərbçilər arasında COVID-19-a yoluxanların sayı artıb

Cənubi Koreyadakı amerikalı hərbçilər arasında COVID-19-a yoluxanların sayı 210 nəfərə artıb.

Cənubi Koreyadakı amerikan qüvvələrin mərkəzi bu gün bildirib ki, Amerikanın digər bir hərbçisi bu ölkə hərbçilərinin Seulun şimalında yerləşən bazasında koronavirusa yoluxub və beləliklə bu virusa yoluxanların ümumi sayı 21 nəfərə çatıbdır.

Cənubi Koreyadakı amerikalı qüvvələrin komandanı general Robert Abrams da bu ölkədəki amerikalı qüvvələr üçün fövqəladə vəziyyət elan edibdir.

Bazar ertəsi günü də Yaponiyadakı amerikalı hərbçilərin komandanı general Kevin Şnayder koronavirus pandemiyasına görə amerikan hərbçilər üçün fövqəladə vəziyyət elan etmişdi.

Koronavirusa yoluxmaq qorxusu amerikalı hərbçilərdən əlavə, bu ölkənin dövlət başçıları və yüksək rütbəli hərbçiləri arasında da artıbdır.

ABŞ-ın müdafiə nazirliyi- Pentaqon ötən həftə bir hökmdə öz tabeliyində olan bütün döyüş bölmələrinə və hərbi bazalara koronavirusa yoluxanlar və bu virusdan ölənlərin sayını bildirməyi qadağan etdiı.

C.KOREYADAKI ABŞ HƏRBÇİLƏRİNİN COVID-19-A YOLUXMALARI ARTIB