Apr 08, 2020 19:45 Asia/Baku
  • COVID-19 İngiltərədə meydan sulayır
    COVID-19 İngiltərədə meydan sulayır

Ən yeni araşdırmalar göstərir ki, İngiltərə Avropada koronavirus pandemiyasından ən çox ziyanlar çəkəcək və bu ölkədə həmin virusdan ölənlərin sayı 66 min nəfərə çatacaq.

İngiltərənin baş naziri Boris Conson ötən üç gecəni xəstəxanada yatıb. O, həmçinin həkimlərin nəzarəti altında olmaq üçün xəstəxananın reanimasiya və intensiv terapiya bölməsində saxlanılacaq.

Həkimlər bu qənaətdədirlər ki, İngiltərənin baş naziri xəstəxanadan buraxıldıqdan sonra iki ay müddətinə bu xəstəliyin nəticələri ilə çarpışacaqdır.

Proqnozlara əsasən, İngiltərə hökuməti qarşıdakı bazar ertəsi günü gediş-gəlişdəki məhdudiyyətləri uzadacaq. Xüsusən ona görə ki, İngiltərə tədricən, bir həftədən on günədək sürəcək, koronavirus pandemiyasının kulminasiya nöqtəsinə yaxınlaşacaqdır.

İngiltərə xalqı bilir ki, məhdudiyyətlərin ləğvi bu tezliyə olmayacaq. İngiltərə hökuməti COVID-19 testlərinin sayını bu ayın sonunadək gündə yüz min nəfərə çatdırmaq barədə üzərinə öhdəlik götürüb.

COVID-19 İNGİLTƏRƏDƏ MEYDAN SULAYIR