Apr 09, 2020 14:30 Asia/Baku
  • Konte Aİ-nin dağılması haqda xəbərdarlıq edib

İtaliyanın baş naziri Avropa Birliyinin koronavirus pandemiyasından sonra dağılması haqda xəbərdarlıq edib.

Cüzeppe Konte Almaniyada çıxan «Bild» qəzeti ilə müsahibədə bəzi Avropa ölkələrinin koronavirusla üzləşmədə göstərdikləri fəaliyyəti tənqid edib və bu virusun yayılmasından sonrakı maliyyə böhranı barədə deyib ki, əgər Avropa durğunluğa qərq olarsa, Almaniya kimi ölkələrin də heç bir məziyyəti olmayacaqdır.

İtaliyanın baş naziri bu ölkənin tez bir zamanda adi şəraitə qayıtmasını mümkünsüz adlandırıb.

Koronavirus ilə bağlı ən çox tələfata uğrayan İtaliya Amerika və İspaniyadan sonra ən çox yoluxan insana malikdir.

İtaliyada indiyədək 139 min 500 nəfər koronavirusa yoluxub və təqribən 17 min 700 nəfər də həyatını itiribdir.

KONTE Aİ-NİN DAĞILMASI HAQDA XƏBƏRDARLIQ EDİB

Teqlər