Apr 23, 2020 08:41 Asia/Baku
  • Paris ətrafındakı küçələrdə çaxnaşmalar davam edir

Paris ətrafındakı küçələrdə çaxnaşmalar davam edir. Qarşıdurma polis qüvvələrilə gənclər arasında baş verir.

Fransanın ətraf şəhərlərindəki sosial gərginliklərin koronavirusun daha artıq yayılmasının qarşısını almaq məqsədli karantinlə bağlı qanunların kəskinləşdirilməsi vasitəsilə şiddətlənməsilə, Fransanın polis qüvvələri dünən Paris ətrafında koronavirusun qarşısının alınması üçün tətbiq olunmuş məhdudiyyətlərin kəskinləşdirilməsinə etiraz edən gənclərlə toqquşublar.

Fransanın xüsusi təyinatlı polis qüvvələri Parisdən şimalda yerləşən Vilnyov La Qaren şəhərində çaxnaşmaları yatırmaq üçün bir yaşayış kompleksində daxil olublar.

Parisin şimal ətrafında yerləşən Klişi bölgəsində də çaxnaşmaların baş verdiyi xəbər verilib.

Uzun müddətdir, Fransa şəhərləri və yoxsul məhəllələri sosial və iqtisadi narazılıqlara görə, xalq etirazları ilə üzləşibdir.

PARİS ƏTRAFINDAKI KÜÇƏLƏRDƏ ÇAXNAŞMALAR DAVAM EDİR

Teqlər