Apr 24, 2020 13:34 Asia/Baku
  • Çin ÜST-ə otuz milyon dollarlıq yardım edib

Çin hökuməti bir daha Ümümdünya Səhiyyə Təşkilatına otuz milyon dollarlıq yardım edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qon Tszuan Ümümdünya Səhiyyə Təşkilatına maliyyə yardımının ayrılmasını təşkilata kömək və koronavirusun aradan qaldırılması sahəsində inkişafda olan ölkələrlə həmkarlıq üçün önəmli adlandırıb. O, deyib: Çin tərəfindən bu cür addımların atılması bu ölkənin hökuməti və xalqının Ümümdünya Səhiyyə Təşkilatına olan inamı və himayəsini göstərir.

Çin Xarici İşlər Nazirliyinin digər sözçüsü Hua Tszun İn də tvitter-də bu barədə yazıb: Bu həssas mövqedə Ümümdünya Səhiyyə Təşkilatına dəstək dünyada multilateralizm və beynəlxalq birliyi himayə etmək deməkdir.

Çin bundan öncə də koronavirusla mübarizə üçün Ümümdünya Səhiyyə Təşkilatına 20 milyon dollar vermişdi.

Belə bir halda, Amerika prezidenti Donald Tramp son zamanlar bildiribdir ki, ölkəsinin Ümümdünya Səhiyyə Təşkilatına yardımını dayandıracaqdır.

ÇİN ÜST-Ə 30 MİLYON DOLLARLIQ YARDIM EDİB

 

Teqlər