Apr 29, 2020 14:47 Asia/Baku
  • İtaliya hələ böhranlı şəraitdədir

İtaliyanın baş naziri bu ölkədə koronavirus pandemiyasının şəraitini hələ də böhranlı adlandırıb və məhdudiyyətlərin davam etməsindən xəbər verib.

İtaliyanın baş naziri Cüzeppe Konte deyib ki, bu ölkədə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı məhdudiyyətlər üç etapda mayın 4-ü, 18-i və iyunun 1-dək davam edəcək.

İtaliyanın baş naziri həmçinin deyib: Hökumət hazırda koronavirusla mübarizənin 2-ci etapı üzərində təmərküzləşməkdədir. Bu etap, yəni bu virusla yanaşı yaşamaq etapıdır və ehtiyatsızlıqla koronavirus pandemiyası nəzarətimizdən çıxacaq.

Koronavirus pandemiyasının ardınca İtaliya martın 11-dən tam karantindədir. İndiyədək bu ölkədə 201 min 505 nəfər bu virusa yoluxub və bu miqdardan 27 min 359 nəfər həyatını itiribdir.

Digər Avropa ölkələrində də vəziyyət nigaranedicidir. O sıradan Almaniya. Almaniya iqtisadiyyatının məhsuldarlığı koronavirus pandemiyasına və bu ölkədə iş yerlərinin bağlanmasına görə, 16% azalıbdır.

«İfo» alman müəssisəsi aprel ayında müxtəlif sahələrdə fəaliyyət göstərən 8800 alman şirkətdən araşdırma aparmaqla bu nəticəyə çatıbdır ki, cari 2020-ci ilin ilk üç ayında Almaniyanın ümumi daxili istehsalı 1,9% azalıb və bu miqdar azalma ikinci rübdə 12,2%-ə çatacaq.

Bu araşdırma müəssisəsi proqnoz edib ki, Almaniyanın ümumi daxili istehsalı cari milad ili boyunca 6,6% azalacaq.

Almaniya koronavirusa yoluxma üzrə ən yüksək göstəriciyə malik olan Avropa ölkələri arasında qərar tapıb və indiyədək bu ölkədə 159 min 912 nəfər bu virusa yoluxub. Bu miqdardan 6314 nəfər həyatını itiribdir.

İTALİYA HƏLƏ DƏ BÖHRANLI ŞƏRAİTDƏDİR

 

Teqlər