May 02, 2020 16:00 Asia/Baku
  • ÜST Trampın iddiasını yalanladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ prezidenti Donald Trampın koronavirusun Çində bir laboratoriyada əmələ gəldiyinə dair iddiasını yalanlayıb.

Teleqraf Xəbər Portalının məlumatına əsasən, Ümumdünya Səhəiyyə Təkilatı virusun insanlar tərəfindən yaradılmadığını, təbii kökənli olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampa görə, koronavirus Çində bir laboratoriyada əmələ gəlib.

Çin hökümətinin dəstəklədiyi Uhan Virusologiya İnstitutu COVID-19 epidemiyasına səbəb olduğunu dəfələrlə inkar edib və bir çox ekspert virusun yaxınlıqdakı heyvan bazarında heyvanlardan insanlara keçdiyi ehtimalının yüksək olduğunu söyləyir.

ÜST TRAMPIN İDDİASINI YALANLADI

Teqlər