May 09, 2020 15:43 Asia/Baku
  • AB xarici sərhədlərini bağlı saxlamağı davam etdirmək qərarına gəlib

Avropa Komissiyası koronavirusun 2-ci dalğasının qarşısını almaq məqsədilə Avropa Birliyinin xarici sərhədlərini bağlı saxlamağı davam etdirmək qərarından xəbər verib.

Avropa Komissiyası dünən bildirib ki, Avropa Birliyinin xarici sərhədləri iyunun 15-dək qeyri-avropalı şəxslərin üzünə bağlı qalacaqdır.

Avropa Birliyinin daxili məsələlər üzrə komissarı Yelva Yohansonn bu qitənin etaplı və ahəngdar bir münasibətə ehtiyaclı olduğunu qeyd edib. Bildirib ki, daxili sərhədlərə nəzarət və azad hərəkət ilə bağlı məhdudiyyətlərin götürülməsi tədricən/ və qeyri-zəruri səfərlərdən ötrü birliyin sakini olmayan şəxslər üçün birliyə əlçatmanın təmin edilməsi və xarici sərhədlərdə məhdudiyyətin götürülməsindən öncə həyata keçirilməlidir.

Mart ayında Avropa Birliyinə üzv ölkələr koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün öz sərhədlərini qeyri-avropalıların üzünə bağlamaq barədə razılığa gəldilər.

Avropa Birliyi Komitəsi bu qərarlarla daxili sərhədlər boyunca nəzarəti minimuma endirməyə çalışıb.

Son statistikalara əsasən, indiyədək dünya səviyyəsində 4 milyon 12 min 837 nəfər koronavirusa yoluxub və bu miqdardan 276 min 216 nəfər həyatını itiribdir.

AB XARİCİ SƏRHƏDLƏRİNİ BAĞLI SAXLAMAQDA DAVAM EDƏCƏK

 

Teqlər