May 09, 2020 19:16 Asia/Baku
  • Litvada An-2 təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb

Bu gün Litvada An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

SəhərAzəri APA-nın TASS-a istinadən verdiyi məlumata əsasən bildirir, bu barədə Vilnüs Polis Komissarlığının nümayəndəsi Yuliya Samorokovskaya bildirib.

"Vilnüs rayonunda qəza yerində həkimlər təyyarədə olan iki kişinin öldüyünü qeydə alıblar", - deyə Y. Samorokovskaya qeyd edib.

Polisin məlumatına görə, qəzaya uğrayan “An-2” təyyarəsi Darüs və Girenas adına Aeroklubun balansında idi.

 

Teqlər