May 11, 2020 08:33 Asia/Baku
  • Avropa və Amerika- dünyada koronavirus pandemiyasının əsas ocaqları

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, ABŞ, İspaniya, İngiltərə və Rusiya dünyada ən çox koronavirusa yoluxma statistikasını qeydə alıblar.

Panamanın səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxma üzrə 166 yeni haldan xəbər verib. Beləliklə bu ölkədə koronavirusa yoluxma üzrə ümumi rəqəm, 8 min 448 nəfərə çatıb. Panamada koronavirusa yoluxmadan irəli gələn ölüm hallarının sayı da 244 nəfərə yüksəlib.

Braziliyanın səhiyyə nazirliyi bildirib: Ötən sutka ərzində bu ölkədə COVID-19-a yoluxma nəticəsində 496 nəfər həyatını itirib. Bu ölkədə koronavirusdan ölənlərin sayı isə 11 min 123 nəfərə, yoluxanların sayı isə 162 min 699 nəfərə çatıbdır.

Pakistandakı rəsmi mənbələrin bildirdiklərinə görə, ötən sutka ərzində bu ölkədə 869 yeni qəti xəstə müəyyən edilib. Bu hesabla Pakistanda yoluxanların sayı 30334 nəfərə çatıb. İndiyədək bu miqdardan 8063 nəfər sağalıb, 659 nəfər isə koronavirus nəticəsində həyatını itiribdir.

Yaponiya səhiyyə nazirliyinin rəsmiləri koronavirusun yayılmasının davam etməsinin qarşısının alınması üzrə səylər və tədbirlərin önəmini vurğulayıblar. Onlar bildiriblər ki, bu ölkənin paytaxtı Tokiodakı xəstəxanlarda COVID-19 xəstələri üçün ayrılmış çarpayıların 90%-dən çoxu hazırda doludur. Yaponiya səhiyyə nazirliyininin bir rəsmisi bu virusun gələcəkdə yayılması ehtimalına toxunub. O, bu cəhətdən koronavirus xəstələrinin çarpayılarının iki mindən dörd minədək artırıılmasına səy göstərilməsini vacib sayıbdır.

Yəməndə koronavirusa yoluxanların sayı 51 nəfərə çatıb. Yəmən təcili yardım məsələləri üzrə ali milli komitəsi bildirib ki, koronavirusa 17 yeni yoluxma halının qeydə alınması ilə bu ölkədə aşkar edilmiş koronavirus xəstələrinin sayı 51 nəfərə yüksəlibdir.

İsveçrədə koronavirus pandemiyası bu ölkədəki yoxsulluq həqiqətini üzə çıxarıbdır. Dayli Mail qəzeti Cenevrə barədə təsvirlər yayaraq, pulsuz yemək almaq üçün min nəfərdən çox insanın növbəyə qaldığını göstəribdir. Bu şəxslər koronavirus pandemiyasına görə, iqtisadi böhranla üzləşiblər.

Dayli Mail qəzetinin vebsaytı xəbər verib: Koronavirusdan irəli gələn iqtisadi böhran hətta İsveçrə kimi varlı ölkələri də təsir altına alıb və bir halda, təqribən 1500 nəfərdən ibarət bir kilometrlik bir növbə diqqəti çəkir. Bu insanlar səhər saat beşdən intizar çəkirlər ki, pulsuz yemək almış olsunlar.

AVROPA VƏ AMERİKA- DÜNYADA COVID-19 PANDEMİYASININ ƏSAS OCAQLARI

 

Teqlər