May 11, 2020 08:37 Asia/Baku
  • AB-nin sionist rejimə qarşı sanksiya planı

Avropa Birliyinin xarici işlər komissiyası sionist rejmin qərb sahilini mənimsəmək planının icra olunacağı təqdirdə bu rejimi sanksiya etmək və cəzalandırmaq barədə müzakirələr keçirməyi nəzərdə tutur.

SaharAzeri xəbər verir, Avropa Birliyinin xarici işlər komissiyası və bu birliyin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bu məsələ üzərində işləyirlər.

Sionist rejim bildiribdir ki, özünün həmin planını ABŞ hökumətinin himayəsi ilə cari milad ilinin iyul ayında icra etməlidir.

Cozep Borrel sionist rejimin sanksiya edilməsi layihəsini icra etmək niyyətindədir.

İsveç, İrlandiya və Lüksemburq sionist rejimə qarşı ən kəskin sanksiyaların tətbiq edilməsi ardıncadırlar.

Bu sanksiyalara Avropa Birliyi ilə bu rejim arasındakı əlaqələri tənzim edən iki tərəfin həmkarlıq müqaviləsinin dayandırılması da daxildir.

Nəzərdə tutulan digər potensial cəzalardan biri də sionist rejimin Avropa Birliyindəki yüksək texnologiya və araşdırma layihəsindən kənara qoyulmasıdır. Qeyd olunan layihə 2021-2027-ci illər arasında icra olunmalıdır.

Başqa bir cəza da Avropa Birliyinin sionist rejimlə bağlanmış «Açıq səmalar» adlı müqavilədən çıxması ilə bağlıdır. Bu addımlar sionist rejimə nəzərəçarpacaq iqtisadi zərbə vura bilər.

AB-NİN SİONİST REJİMƏ QARŞI SANKSİYA VƏ CƏZA PLANI

Teqlər