May 12, 2020 08:03 Asia/Baku
  • Koronavirus peyvəndinin istehsalı 16 ay sürəcək

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru koronavirusu təhlükəli bir virus adlandırıb. Deyib ki, bu virusun peyvəndinin istehsalı üçün 10-16 aylıq bir zamana ehtiyac var.

SaharAzeri-nin verdiyi məlumata görə, Tedros Adanom BMT-nin İqtisadi-İctimai Şurasının «COVID-19-a cavabda təsirli siyasətlər» mövzusu ilə keçirilən virtual iclasında bu mətləbi söyləyib.

Adanom bildirib ki, indiyədək Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-a yoluxma ilə bağlı 4 milyona yaxın hal məlumat verilib.

O, söyləyib: Koronavirus vaksinasının istehsalı üzrə səylər yanvar ayından başlanıb, amma yekun nəticəyə çatmaq üçün 10-16 aya ehtiyac var.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru koronavirus vaksinasının istehsalı layihəsinin icrası üçün maliyyə təmini vacibliyinə təkid edib. Deyib ki, bu layihənin istehsalı üçün Avropanın son zamanlar verdiyi 8 milyard dollarlıq büdcə yetərli olmayacaq.

COVID-19 xüsusiyyət təşkil etməklə epidemiya və pandemiyalar ilə mübarizədə koordinasiya və təşkilatçılıq məsuliyyəti daşıyan ən mühüm beynəlxalq təşkilatın baş direktorunun bu sözləri elə bir halda söylənir ki, Amerikada Donald Tramp hökuməti bu ölkədə koronavirus böhranının idarə olunması sahəsindəki acizliyini ört-basdır etmək üçün bu orqanın büdcəsini kəsibdir.

Vaşinqton iddia edir ki, Ümumdünya Səhiyyə Təşkilatı «Çin mehvərli»dir və ilkin mərhələlərdə lazimi informasiyaları ölkələrin ixtiyarına qoya bilməyibdir.

COVID-19 PEYVƏNDİNİN İSTEHSALI 16 AY SÜRƏCƏK

Teqlər