May 13, 2020 08:48 Asia/Baku
  • ABŞ federal hökumətinin büdcə çatışmazlığı apreldə rekord həddə çatıb

ABŞ federal hökumətinin aylıq büdcə çatışmazlığı rekordu/ aprel ayında yenilənərək, 737,9 milyard dollara yüksəlibdir.

SaharAzeri-nin verdiyi məlumata görə, Amerika maliyyə nazirliyi yerli vaxtla çərşənbə axşamı günü bildiribdir ki, federal hökumətin büdcə çatışmazlığı təkcə ötən milad ayında 737,9 milyard dollar olubdur ki, bu da fevral ayındakı 235 milyard dollarlıq büdcə çatışmazlığından təqribən üç dəfə çoxdur.

Amerika maliyyə nazirliyinin yeni statistikasına görə, bu rəqəmin əlavə olması ilə federal hökumətin büdcə çatışmazlığı cari maliyyə ilinin əvvəlindən bəri 1,48 trilyon dollarədək artıbdır.

Konqresin büdcə idarəsi proqnoz edibdir ki, Amerika federal hökumətinin cari ildəki büdcə kəsri bu ölkədəki iqtisadi durğunluğa görə, 3,7 trilyon dollara çatacaqdır.

ABŞ FEDERAL HÖKUMƏTİ KƏSKİN BÜDCƏ KƏSRİ İLƏ ÜZLƏŞİR

Teqlər