May 14, 2020 10:22 Asia/Baku
  • İtaliyada COVID-19 qurbanlarının sayı 31 min nəfəri keçib

Ötən sukta ərzində koronavirus infeksiyasından daha 195 italyanın ölümünün elan olunması ilə İtaliyada bu virusdan ölənlərin sayı 31 min nəfəri keçibdir.

SaharAzeri xəbər verir: İtaliya hökuməti dünən gecə bildirib ki, ötən sutka ərzində bu ölkədə 888 nəfər koronavirusa yoluxub və 195 italyan da bu xəstəlik nəticəsində həyatını itiribdir.

Bu yeni statistika ilə İtaliyada koroanvirusa yoluxma və ölüm halları sıra ilə 222 min 104 və 31 min 106 nəfərə çatıbdır.

İtaliya hazırda koronavirus nəticəsində tələfatın sayı cəhətdən ABŞ və İngiltərədən sonra dünyada üçüncüdür.

 

Teqlər