May 19, 2020 12:58 Asia/Baku
  • Borrel qərb sahilinin qatılması haqda xəbərdarlıq edib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi sionist rejimdən istəyibdir ki, qərb sahilinin işğal olunmuş ərazilərə qatılmasından çəkinsin.

Cozep Borrel sonra deyib: Avropa Birliyi ciddi şəkildə sionist rejimdən istəyir ki, işğal olunmuş Fələstin ərazilərinə qatılma ilə nəticələnəcək hər cür birtərəfli qərardan çəkinsin, çünki bu addım beynəlxalq qanunlara ziddir.

Borrel bir neçə gün bundan öncə də demişdi ki, Avropa Birliyi bu layihənin icrasına qarşı sionist rejimə təzyiq göstərmək üçün əlindən gələni edəcəkdir.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü bu rejimin yeni nazirlər kabinetinin işə başlaması mərasimində deyibdir ki, qərb sahilindəki sionist qəsəbələri işğal olunmuş ərazilərə qatmağa çalışacaq.

BORRELDƏN QƏRB SAHİLİNİN QATILMASI HAQDA XƏBƏRDARLIQ

Teqlər