May 24, 2020 19:30 Asia/Baku
  • Venesuela İran tankerinin bu ölkə sularına daxil olmasını alqışlayıb

Venesuelanın BMT-dəki nümayəndəsi İranın ilk tankerinin Venesuela sularına çatmasını hakimiyyət, istiqlal və sülh uğrunda mübarizədə bir dönüş nöqtəsi adlandırıb.

SəhərAzəri xəbər verir, Venesuelanın BMT-dəki nümayəndəsi Samuel Monkada bu gün tvitter-də İrandan göndərilən yanacağı daşıyan ilk tankerin Venesuelanın ölkə sularına daxil olmasına toxunub və belə yazıb: Amerika prezidenti Donald Tramp və onun nökərləri koronavirusun qızğın çağında İran tankerlərinə qarşı hərbi hücum haqda fikirləşir, amma onun ekspertləri başqa bir şeyi tövsiyə edirlər.

İrandan göndərilən yanacağı daşıyan «Fortune» tipli tanker Venesuelanın ölkə sularına daxil olub və bu ölkənin dəniz və aviasiya qüvvələri onu müşayiət ediblər.

Teqlər