May 24, 2020 22:52 Asia/Baku
  •  G7 sammitinin vaxtı dəyişdirildi

ABŞ koronavirus pandemiyası səbəbilə iyunun 10-u Vaşinqtonda keçiriləcək G7 sammitinin vaxtını dəyişib.

SəhərAzəri - Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib ki, sammit iyun ayının sonunda keçiriləcək. Onun sözlərinə görə, ABŞ rəhbərliyi ölkənin koronavirusun ən pik həddinə yaxın olduğunu və ya artıq pik həddində olduğuna ümid edir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, bütün tərəflər sammitin keçirilməsində maraqlıdır.

Teqlər