May 26, 2020 10:31 Asia/Baku
  • Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var

Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

SəhərAzəri - Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunur ki, qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir.

Helikopter sərt eniş etdikdən sonra yanğın başlayıb. Hadisəyə texniki nasazlıq səbəb olub.

Teqlər