May 28, 2020 15:29 Asia/Baku
  • Amerika hökuməti rasizmi alqışlayır

İran Xarici İşlər nazirliyini sözçüsü qaradərililərin ABŞ polisi tərəfindən qırğın edilmələrinə toxunub. Vurğulayıb ki, Amerika hökuməti rasizmi alqışlayır.

Amerikada bir ağdərili zabit bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində bir qaradərili şəxsi qətlə yetirdi.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər nazirliyini sözçüsü Seyyed Abbas Mousəvi bu gün bir tvitt-də yazıb: Corc Floydun polis uniforması geyinimiş bir ağdərili kişi tərəfindən vəhşicəsinə və tam soyuqqanlılıqla qətlə yetirilməsi, dəhşətli şəkildə, Amerikanın hazırkı hakim dairələri tərəfindən alqışlanan ağ irqin üstün hesab edilməsindən və mütəşəkkil rasizmdən xəbər verir.

İranın Xarici İşlər nazirliyi dünən də bir tvitt-də yazıb: “Nəfəs ala bilmirəm!” deyən Erik Qarnerin yalvarışlarından altı il sonra bu dəfə “Corc Floyd adlı digər bir qaradərili rəhmsizcəsinə və qeyri-insani bir həbsdən sonra həyatını itirdi.

İranın Xarici İşlər nazirliyi bildirib: Belə görünür ki, ABŞ polisinin qaradərillərə qarşı zorakılığı heç bir həddi-hüdud tnaımır və həmişə olduğu kimi Amerikanın, ədalətin isrası tələbinə cavabı, daha çox zorakılıq və gücün işlədilməsidir.

Məlumatlara əsasən, cari milad ilinin ilk dörd ayında 200 nəfərdən çox Amerika vətəndaşı bu ölkə polisinin zorakılığı nəticəsində həyatını itiribdir.

Adətən ABŞ məhkəmələri qaradərililərə qarşı cinayət törədən polis məmurlarını cani hesab etmir və onlar üçün ağır cəzalar nəzərdə tutmurlar.

Teqlər