May 30, 2020 16:25 Asia/Baku
  • İŞİD- terror qruplaşmasının liderlərindən biri Bağdad şəhərində həbs edilib

İraqın Daxili İşlər Nazirliyinin Kəşfiyyat Xidməti, bu ölkənin paytaxtı Bağdad şəhərində İŞİD terror qruplaşmasının liderlərindən birinin tutulduğunu açıqlayıb.

SəhərAzəri xəbər verir, "Rusiya Əl-Youm" telekanalının bildirdiyinə görə İraqın Daxili İşlər Nazirliyinin Kəşfiyyat Xidməti cümə günü elan edib ki, İraqın Kəşfiyyat və Terrorla Mübarizə Baş İdarəsinin əməkdaşları Mosul şəhərinin azad edilməsi əməliyyatında yaralanmış İŞİD komandirini Bağdad şəhərində keçirdikləri təhlükəsizlik əməliyyatı zamanı həbs ediblər.

İraqda İŞİD terror qruplaşmasının məğlubiyyətə uğramasına baxmayaraq, hələ də bu qruplaşmanın bir neçə üzvü bu ölkənin müxtəlif bölgələsində yayılıb və pərakəndə şəkildə terror aktı törədirlər.

İraqın ordu və Əl-Həşdüşşəbi qüvvələri indiyə kimi bu ölkənin müxtəlif bölgələrini terrorçu qrupların işğalından azad etmək üçün müxtəlif əməliyyatlar keçirib və bu əməliyyatlar hələ də davam edir.

Teqlər