İyun 04, 2020 18:54 Asia/Baku
  • Dünyada COVID-19-a yoluxanların sayı 7 milyona yaxınlaşır

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, dünyada COVID-19-a yoluxanların sayı 6 milyon 500 min nəfəri ötüb keçibdir.

SaharAzeri xəbər verir, İranın səhiyyə nazirliyi də ötən sutka ərzində ölkədə koronavirusa yoluxan 3 min 574 yeni xəstənin aşkar edildiyini bildirib.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour İranda koronavirusa yoluxanların ümumi sayının 164 min 270 nəfərə çatdığını qeyd edib.

Cəhanpour həmçinin ötən sutka ərzində 59 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 71 nəfərə çatıbdır.

Ümumdünya Səhiyyə Təşkilatının bu gün yayılan məlumatına görə, indiyədək dünyada 6 milyon 576 min 145 nəfər koronavirusa yoluxub. Onlardan 388 min 75 nəfər həyatını itirib, 3 milyon 172 min nəfərdən çox insan da sağalıbdır.

Koronavirusa yoluxma və bu virusdan ölüm halları üzrə ən yüksək göstərici Amerikada qeydə alınıbdır.