İyun 06, 2020 08:47 Asia/Baku
  • ABŞ-da 10 mindən çox insan aksiyalarda saxlanılıb və xəsarət alıb

ABŞ-da baş verən aksiyalar nəticəsində saxlanılanların sayı hər ötən gün artır.

SaharAzeri xəbər verir,Yerli hüquq müdafiə təşkilatları bildirirlər ki, ABŞ-da qara dərili gəncin ölümü səbəbilə polisə etiraz olaraq başladılan aksiyalar sonradan iğtişaşlara çevrilib. Nəticədə polisin aksiya keçirən şəxslərdən 10 mindən çox insanı saxladığı və yaraladığı qeyd olunur.

Bundan əlavə polisin aksiyalarda nümayişçilərə qarşı zorakılıq etdiyi də diqqətə çatdırılır.

Qeyd edək ki, Amerikada küçə etirazları Minnesota ştatının Mineapolis şəhərində ağdərili polisin 46 yaşlı qaradərili Corc Floydu saxlayıb, qoluna qandal vurub, səkkiz dəqiqədən çox dizini onun boynuna sıxaraq, zərərçəkənin durmadan “nəfəs ala bilmirəm!” fəryad etməsinə rəğmən, onu öldürməsindən sonra başalanıbdır.

Teqlər