İyun 16, 2020 07:34 Asia/Baku
  • Quterreşin Ərəbistana yaltaqlığı

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi günü Ərəbistana yaltaqlıq istiqamətində təcavüzkar səud koalisiyasının adını uşaqların hüquqlarını pozanların qara siyahısından çıxarıb.

SəhərAzəri xəbər verir, Quterreş BMT Təhlükəsizlik Şurasına illik hesabatında iddia edib ki, təcavüzkar səud koalisiyasının adı hava hücumları nəticəsində yəmənli uşaqların ölümü və bədən üzvlərinin kəsilməsi sayının azalmasından sonra bu qara siyahıdan çıxarılır.

BMT-nin baş katibi həmçinin iddia edib ki, səud koalisiyası uşaqları qorumaq məqsədilə müəyyən addımlar da atıbdır.

BMT 2017-ci ilin oktyabrında azı 683 yəmənli öldürdüyünə və Yəməndə onlarla məktəbə hücum etdiyinə görə, təcavüzkar səud koalisiyasını uşaqların hüquqlarını pozanların qara siyahısına əlavə etmişdi.

İlk dəfə deyildir ki, Ərəbistanın adı bu qara siyahıya salınır və ya ondan çıxarılır.

BMT ilk dəfə 2016-cı ildə Ban Ki Munun bu təşkilata başçılıq etdiyi dövrdə Ərəbistanı qısa müddət üçün uşaqların hüquqlarını pozanların qara siyahısına saldı.

Ban Ki Mun o zaman dedi ki, Səudiyyə Ərəbistanı həmin siyahıdan çıxarılmaq üçün BMT-ni güclü təzyiqlər altında qoyub və bu təşkilatı maliyyə yardımlarını kəsməklə hədələyibdir.

Təcavüzkar səud koalisiyasının adının uşaqların hüquqlarını pozanların qara siyahısında dərc olunmasından təkcə bir gün sonra Ban Ki Mun təzyiqlərə təslim oldu və öz qərarından geri çəkildi.

Bu addım insan haqları orqanlarının kəskin reaksiyaları ilə üzləşdi.

Yəmənli uşaqlar təcavüzkar səud koalisiyasının hücumlarının əsas qurbanlarıdırlar.

Yəmənin səhiyyə naziri son zamanlar bildiribdir ki, hər il azı yüz min yəmənli uşaq müharibə, mühasirə, pis qidalanma və ehtiyac duyulan dərmanların çatışmazlığı ucbatından həyatını itirir.

 

Teqlər