İyun 21, 2020 10:17 Asia/Baku
  • Almaniyada koronavirusa yoluxanların sayı 190 minə çatır

Almaniyada koronavirusa yoluxma halları son bir gündə 700-ə yaxın artıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada koronavirusa 687 yeni yoluxma aşkarlanıb.

İnstitutun məlumatına görə, ölkədə bütün vaxt ərzində COVID-19-a 189 822 yoluxma qeydə alınıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 47 843 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 40 921, Baden-Vürtemberqdə 35 272 təşkil edir. Berlində COVID-19-a 7 804 yoluxma aşkarlanıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər