İyun 27, 2020 07:45 Asia/Baku
  • Tramp Con Boltonu müharibə törətmək istəyən manyak adlandırıb

ABŞ prezidenti özünün milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu sərt şəkildə tənqid edib və onu bir vaxtlar “insanları bombalamağı təklif edən” dəli manyak adlandırıb.

SəhərAzəri xəbər verir, Xarici agentliklərin məlumatına əsasən, Birləşmiş Ştatların dövlət başçısı bu sözləri “Foks Nyus” kanalında dilə gətirib.

Tramp deyib: “Onu belə fikirlərinə görə hamı sərsəm sayırdı. Bolton hətta Rusiya və Çinlə də savaşmağı təklif edirdi. Əslində bu mənə danışıqlarda üstünlük qazanmağıma səbəb olurdu. Çünki adı çəkilən ölkələrin rəhbərləri yanımda bu manyakı görəndə mənim onlara bomba atacağımı düşünürdülər”.

Ağ Evin rəhbəri Con Boltonun öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını da iddia edərək bunları deyib: “Mən hələ onun bir dəfə də olsun, güldüyünü görməmişəm. Hətta bunu onun özündən də soruşdum. Əslində bu xüsusiyyət Boltonun necə insan olduğundan xəbər verir. Mən vaxtilə Senatda təyinatı təsdiqlənməyən bir adama şans verdim. Çünki hamı onu sarsaq adlandırır və ondan acığı gəlirdi. Bu adam əsl gopçu və səriştəsizdir”.

 

Teqlər