İyul 01, 2020 09:21 Asia/Baku
  • BMT ölkələrin İranla iqtisadi həmkarlıqlarını istəyib

BMT-nin baş katibi təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin fəaliyyəti ilə bağlı ən yeni hesabatda dünya ölkələrini İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığa təşviq edib.

SaharAzeri xəbər verir, BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı günü təhlükəsizlik şurasının nüvə silahlarının yayılmaması mövzusu ilə keçirilən iclasında İranla müvə anlaşması ilə bağlı 2231 saylı qətnamənin icra prosesi barədə özünün 9-cu hesabatını təqdim edib. Onda deyilir ki, 2015-ci il iyulun 14-də yekunlaşdırılan birgə addım üzrə əhatəli proqram- nüvə anlaşması 12 il diplomatik dialoqun nəticəsi idi.

Amerikanın nüvə anlaşmasına qarşı neqativ addımlarına toxunan Quterreş deyib: 2018-ci ilin mayından Amerika nüvə anlaşmasına əsasən, ləğv və ya dayandırılan özünün bütün sanksiyalarını geri qaytardı. Amerika öz qərarını İranla neft ticarəti üzrə güzəştləri uzatmamaqla davam etdiribdir.

Digər tərəfdən, ABŞ dövlət katibi Mayk Pompeo Ağ Ev-in anti-İran siyasətlərinin davamında bu iclasda iddia edibdir ki, İran Amerikanın koronavirusla mübarizə sahəsindəki xahişini rədd edibdir.

Pompeonun iddiası elə bir şəraitdə irəli sürülür ki, insan haqları və beynəlxalq orqanların məlumatlarına əsasən, Ağ Ev-in insanlığa sığmayan sanksiyaları zəruri tibb təchizatları və dərmanların İrana göndərilməsində məhdudlaşmaya səbəb olubdur.

Pompeonun sözlərinə görə, İran silah məhdudiyyətlərinin bitəcəyi təqdirdə silah alıb-sata biləcəkdir.

Amerikanın dövlət katibi həmçinin iddia edibdir ki, İran hətta BMT-nin silah məhdudiyyətləri bitməzdən öncə belə, onu pozubdur.

BMT baş katibinin müavini Rozmari Dikarlo da bu iclasda Amerikanın nüvə anlaşmasından çıxmasından təəssüflənərək, İranın öz öhdəliklərinn tam icrasına qayıtmasını istəyibdir.

Avropa Birliyinin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Ulaf Skoqq da belə iddia edib: Hələ də İran və dünya ticarət əlaqələrinin adiləşdirilməsinə sadiqik və İranın uran zənginləşdirilməsi üzrə fəaliyyətlərinin dayandırılmasını istəyirik.

Skoqq lakin etiraf edibdir ki, İran üç il yarım ərzində nüvə anlaşmasındakı öhdəliklərini tam şəkildə yerinə yetiribdir.

 

Teqlər