İyul 23, 2020 02:30 Asia/Baku
  • Pompeodan şok: Qebreyesus satın alınıb...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Çin tərəfindən satın alınıb.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir, bu iddia ilə ABŞ Dövlət katibi Mayk Pompeo çıxış edib.

Londonda səfərdə olan M.Pompeo bunları söyləyib:

"Qebreyesus Çin tərəfindən satın alınıb, bu səbəbdən də ingilislər ölür".

Məsələ ilə bağlı açıqlama yayan ÜST əsassız iddiaları rədd etdiklərini, ABŞ-ı koronavirusla mübarizəyə dəvət etdiklərini bəyan edib.

Teqlər