İyul 24, 2020 21:15 Asia/Baku
  • ABŞ-la Çinin soyuq müharibəsinin sonu necə olacaq?

ABŞ-dakı təhlükəsizlik, məlumatı qorumaq bəhanəsilə Hyustondakı konsulluğunu bağlamaq və diplomatik mərkəzlər sahəsində iki ölkə arasındakı yeni qarşıdurma soyuq müharibənin başlaması barədə şayiələri daha da gücləndirib.

SəhərAzəri “eastnews.org”-a istinadla xəbər verir, Çin mediası bu günlərdə mövzunu və tərəflər arasında soyuq müharibənin başlamasını işıqlandırıb. Bəziləri bu vəziyyətdən narahatlıqlarını ifadə edib, bəziləri hətta soyuq müharibənin başladığını bildiriblər.
   Çin Xarici İşlər Nazirliyi bu yaxınlarda ABŞ-ı Hyustondakı Çin konsulluğunu bağlamaq istəyinə yenidən baxmasa, qisas tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.   Nazirlik ABŞ-ın belə bir addımını təhlükəli adlandırıb və nəticələri barədə xəbərdar edib. Bu son dörd onillikdə iki ölkə arasındakı münasibətləri görünməmiş bir hala gətirib. Son aylar Tayvan, Cənub dənizi, Honq Konq, Tibet, Sincan, ticarət müharibəsi və koronavirus kimi məsələlər iki ölkə arasında münasibətləri gərginləşdirib.
   Çinin ən vacib ingilis dilli nəşrlərindən olan "China Daily" yazır ki, tərəflərin bu soyuq müharibədən çəkinməsi daha yaxşı ola bilər, amma təəssüf, ABŞ tam eyni istiqamətdə gedir və beynəlxalq nizama xələl gətirir. Bundan sonra yazıda Honq Konq və Sincan bəhanəsilə ABŞ-ın sanksiyaları və Çinə qarşı təzyiqlərindən bəhs edilib. Bildirilir ki, Vaşinqton qarşıya qoyulan vəzifələrin əksinə gedir və Çinə təzyiq göstərmək üçün səylərini əsirgəmir.   Şərqi Çinin Fudan Universiteti Araşdırma İnstitutunun rəsmisi Xin Çianq bildirib ki, ABŞ-ın diplomatik bir postu bağlamaq istəyi, iki ölkə arasındakı münasibətlərdə şübhəsiz, çox dağıdıcı nəticələr verəcək: "Görünməmiş bir addımdır və Çin də əks tədbirləri gündəmə gətirəcək. Vəziyyət düşünüldüyündən daha pis görünür, ABŞ-ın konsulluğu bağlamaq istəməsi olduqca kobuddur, amma ABŞ-da Donald Trampın prezidentliyi dövründə münasibətlərin yaxşılaşdırılmasına ümid yoxdur".
   Çin Xarici İşlər Nazirliyi, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Çinə qarşı etdiyi hər hansı bir hərəkətin nəticələrinə görə məsuliyyət daşımalıdır. ABŞ-ın bəzi Çin diplomatlarını qovacağı ehtimalı da var. 
  Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vanq Venbin də bir açıqlamada ABŞ-ın sübutsuz iddialarını qınayıb.

Teqlər