İyul 27, 2020 07:29 Asia/Baku
  • Çinin Çendu şəhərində ABŞ bayrağı bu ölkə konsulluğunun binasından aşağı endirilib

Çin mediaları bu gün səhər Amerika bayrağının bu ölkənin Çinin Çendu şəhərindəki konsulluğu binasından aşağı endirilməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Medilar qeyd ediblər ki, ABŞ konsulluğunun binası üzərində Amerika bayrağının yerinə, Çin bayrağı dalğalanır.

Bu addım ABŞ konsulluğu işçilərinin həmin binanı tərk etmələrindən sonra atılıbdır.

Ötən çərşənbə günü Vaşinqton Pekindən istədi ki, 72 saat ərzində Amerikanın Texas ştatının Hyuston şəhərində yerləşən konsulluğunu bağlasın. Dərhal Çin hökuməti də amerikalılara elan etdi ki, bu ölkənin Çendu şəhərində yerləşən konsulxanalarını bağlamalıdırlar.

Çin Xarici İşlər Nazirliyi həmçinin amerikalı qüvvələrin, bağlanması barədə göstərişin verilməsindən dərhal sonra Çin konsulluğuna qanunsuz şəkildə soxulmalarını kəskin tərzdə tənqid edib və onu beynəlxalq hüquq normaları və qaydalarına zidd adlandırıbdır.

Mediaların verdikləri məlumatlara əsasən, Çinin Amerikanın Hyuston şəhərində yerləşən konsulxanası bağlandıqdan az sonra amerikalı qüvvələrin təcavüzünə məruz qalıbdır.

Amerika ilə Çin arasındakı çəkişmələr son həftələr daha da artıbdır.

Teqlər