Avq 02, 2020 11:12 Asia/Baku
  • Çin öz bombardmançı təyyarəsini nümayiş etdirdi

Çin ordusu hər cür iqlim şəraitində tapşırıq yerinə yetirməyə qadir olan strateji bombardmançı təyyarəsini rəsmi şəkildə təqdim edib.

SəhərAzəri bildirir ki, Cənubi Çin dənizində çəkişmələrin şiddətlənməsi və ABŞ-ın döyüş gəmilərinin bölgəyə göndərilməsinin ardınca Çin Xalq Respublikasının Ordusu keçirdiyi hərbi təlimdə özünün strateji qırıcı-bombardmançı təyyarəsini nümayiş etdirib.

«Defense World» saytının yazdğına görə, bu bombardmançı təyyarənin tipi, «H-6J»dır və hal-hazırda bu ölkə ordusunun ən uzaq mənzilli hərbi təyyarəsi sayılır.

Bu strateji bombardmançı, «YJ-12» tipli yeddi ədəd ultrasəs kruz raketini daşımaq qabiliyyətinə malikdir.

Məlumatlı mənbələrin bildirdiklərinə görə, bu təyyarə hər cür iqlim şəraitində tapşırıq yerinə yetirməyə qadir və yüksək hədəfəalma dəqiqliyinə malikdir.

ABŞ rəsmilərinin sözlərinə görə, bu bomabardmançı təyyarə havada yanacaqdoldurma qabiliyyətinə də malikdir. Çin ordusu 2018-ci ildə bu qırıcı-bombardmançı təyyarəni Cənubi Çin dənizində sınaqdan keçirdi. Təhlükəsizlik səbəblərinə görə, bu bombardmançı barədə artıq məlumat verilməyibdir.

Teqlər