Avq 03, 2020 21:04 Asia/Baku
  • Rusiya Liviyaya silah göndərib

Liviya Milli Birlik hökumətinin komandanlarından biri Rusiyanın Liviyaya bir neçə təyyarə silah göndərdiyini iddia edib.

Səhər Azəri bildirir ki, Liviyanın Milli Birlik Hökumətinin ordusu Rusiyanın son zamanlar Liviyanın hərbi bazalarından birinə silah daşıyan bir neçə hərbi təyyarə göndərdiyindən xəbər verib. 

Bu məlumata görə Rusiya Liviyaya 5 ədəd "İl - 76" yük təyyarəsi göndərib. 

Liviya ordusunun sözçüsü daha 4 yük təyyarəsinin də General Həftərin tabeliyində olan silahlı qüvvələrin nəzarəti altında olan Benqazi şəhərinə və Əl-Əbrəq hava limanına düşdüyünü deyib. 

Liviyanın Milli Birlik Hökuməti 2015-ci ildə təşkil olunub və BMT tərəfindən rəsmən tanınır. Livanın Milli Birlik Hökuməti ötən yaz Türkiyənin dəstəyi ilə Xəlifə Həftərin silahlı dəstəsini paytaxt Tripolidən uzaqlaşdırmağa nail olub. 

Liviyanın Milli Birlik Hökuməti ardıcıl uğurlar əldə etməsinə baxmayaraq, Fransa və Misirin təhdidlərinin ardınca Xəlifə Həftərə qarşı hərbi əməliyyatları dayandırmağa məcbur oldu. 

Son zamanlar Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Türkiyə ilə yanaşı Liviyada sabitliyin bərqərar edilməsi və silahlı toqquşmaların dayandırılmasına çalışdığını elan etdi.

Teqlər