Avq 08, 2020 15:57 Asia/Baku
  • Nəsrullahın çıxışı dünya mediasında

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrut partlayışının ardınca etdiyi ilk çıxışda baş vermiş hadisəni müxtəlif prizmalardan dəyərləndirdi. Onun çıxışı xarici media tərəfindən geniş işıqlandırıldı.

Sahar Azari bildirir ki, Livan Hizbullahı baş katibinin çıxışı İsrail mediasında da geniş rezonans doğurub və sionistləri möhkəm qorxudub. Sioistləri dəhşətə gətirən söz Seyid Həsən Nəsrullahın "Hayfa limanı barədə bildiklərimiz Beyrut limanı haqda bildiklərimizdən daha çoxdur" deməsi olub. 

Vaşinqton Post isə yazır Seyid Həsən Nəsrullah Beyrut partlayışında Hizbullahı müqəssir kimi qələmə vermək istəyənlərə ciddi xəbərdarlıq edib. 

Daily Star yazır: Livan Hizbullahının baş katibi Beyrut limanındakı partlayıcı maddələrlə bağlı hansısa əlaqəni rədd etdi. 

İsrailin 12-ci telekanalı isə öz Tvitter səhifəsində yazıb: Seyid Həsən Nəsrullah Beyrut partlayışının ardınca Hayfa limanı barədə bildiklərinin Beyrut limanı haqda bildiklərindən daha çox olduğunu dedi. 

Əl-Məyadin kanalı da bildirib:  Beyrut hadisəsinin ardınca Nəsrullahın özünə inam hissini itirdiyini düşünənlər, bir daha düşünməlidirlər. 

Sionist Harets qəzeti isə yazır: Seyid Həsən Nəsrullah Beyrut silah anbarında Livan Hizbullahına aid heç bir silah və partlayıcının olmadığını, Hayfa limanı barədə daha çox məlumatlarını olduğunu dedi. 

Teqlər