Avq 12, 2020 01:39 Asia/Baku
  • ABŞ prezidenti Donald Tramp Con Boltonu təhqir etdi, onu ən axmaq adamlardan biri adlandırdı

Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

SəhərAzəri xəbər verir, Dövlət başçısı bu tvitlə keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun “Tramp Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını alarkən özündən çıxırdı” fikrinə reaksiya verib.

Donald Tramp yazır: “Təəssüf ki, onun kimi səfehlərə həmişə rast gəlmək olur. Bu adam mənim guya “Vladimir Putinə öz kəşfiyyatımızdan daha çox inandığım” barədə fikir işlətdiyimi tez-tez təkrarlayır. Halbuki bu, qətiyyən doğru deyil”.

Bununla belə o etiraf edib ki, ABŞ kəşfiyyatçıları içində elə əvvəldən iyrənc polis olublar, indi isə ən yüksək səviyyəli ləyaqətsiz və alçaq insanlara çevriliblər.

O iddia edib ki, FTB-nin keçmiş direktoru Ceyms Komi, Milli kəşfiyyatın keçmiş direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan ləyaqətsiz və alçaq məmurlar sırasında olublar.

Teqlər