Avq 28, 2020 08:42 Asia/Baku
  • Kreml ABŞ-ın iddiasına cavab verdi

Kremlin sözçüsü Amerikanın, Rusiyanın bəzi elmi-tədqiqat müəssisələrinin kimyəvi və bioloji silahlar düzəltməkdə olmalarına dair iddiasını əsassız adlandırıb.

SəhərAzəri xəbər verir, ABŞ-ın anti-Rusiya hərəkətlərini pisləyən Dmitri Peskov deyib ki, Rusiyanın bir neçə elmi-tədqiqat müəssisəsinin adının Amerikanın qara siyahısına salınması əbəs hərəkətdir.

Kremlin sözçüsü sonra deyibdir ki, Amerika başçıları sanksiyasız yaşaya bilmir və hər gün bir kəs üçün məhdudiyyət elan edirlər.

Peskovun sözlərinə görə, Rusiyanın sanksiya edilmiş müəssisələrindən biri, koronavirus peyvəndinin düzəldilməsi sahəsində iştirak edib və ehtimal üzrə sanksiyalar amerikan şirkətlərin bu sahədəki geriliyinin əvəzini çıxmaq üçündür.

Amerikanın ticarət nazirliyi çərşənbə günü bildirdi ki, Rusiyanın beş elmi-tədqiqat orqanını, o sıradan COVID-19 xəstəliyinin vaksini üzərində işləyən və bu ölkənin müdafiə nazirliyinin tabeliyində olan bir orqanı sanksiya edibdir.

Amerika iddia edibdir ki, bu orqanlar kimyəvi və bioloji silahların düzəldilməsi üzərində işləyirmişlər.

Teqlər