Avq 28, 2020 11:41 Asia/Baku
  • BƏƏ də Yunanıstan və Fransanın Aralıq dənizinin şərqindəki hərbi təlimlərinə qatılıb

 Birləşmiş Ərəb Əmirlikləri də Yunanıstan və Avropa dövlətlərinin Türkiyəyə mesaj vermək məqsədilə Aralıq dənizinin şərqində keçirdikləri hərbi təlimlərə qatılıb.

SəhərAzəri RT.Arabic-ə istinadla xəbər verir, bu barədə Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib.

Bildirilib ki, BƏƏ Yunanınstanın Fransa, İtaliya və Kiprlə birgə Aralıq dənizinin şərqində keçirdiyi hərbi təlimlərə qatılıb.

Əlavə edilib ki, BƏƏ bu hərbi təlimlərə 4 ədəd F-16 və C-130 və C-17 tipli dörd ədəd hərbi nəqliyyat təyyarəsilə qatılıb.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinin şərqində qaz yataqları ilə bağlı kəşfiyyat axtarış əməliyyatlarından sonra Fransa, İtaliya, Yunanıstan və Kipr birgə hərbi təlimlərə başladıqlarını bildiriblər.

Teqlər