Avq 29, 2020 11:01 Asia/Baku

Koronaviruslu vəziyyət çətinləşəcək, hamı ona ciddi yanaşmalıdır.

Səhər Azəri bildirir ki, Almaniya Kansleri bu sözləri özünün sonuncu illik mətbuat konfransında deyib. 
Angela Merkel  koronavirusun yayılmasının artmasından narahatlıq ifadə edərək, deyib: Bu vəziyyətdə məktəblərdə təhsil prosesinin davam etməsi və uşaq bağçalarının fəaliyyətinə diqqət yetirilməli, iqtisadi vəziyyət və iş fürsətləri qorunub saxlanılmalı və koronavirusla mübarizə sahəsində ictimai həmrəylik diqqət mərkəzində durmalıdır.

Merkel öz hökumətinin koronavirus böhranında sənətçilərə, tələbələrə, yaşlı insanlara və xəstələrə diqqətinə təkid edib. O, Almaniyanın Avropa Şurasına olan dövri sədrliyinə işarə ilə deyib ki, bu şuranın 27 üzvü var və hamı vahid şəkildə koronavirus qarşısında addım atmalıdır.

Almaniya kansleri Angela Merkel bildirib ki, payız və qış fəsillərində koronavirusla mübarizə daha çətin olacaq. O, vurğulayıb ki, koronavirus üçün vaksinin əldə olunmayacağı zamanadək şərait adi vəziyyətə qayıtmayacaqdır.

Teqlər