Avq 31, 2020 14:31 Asia/Baku
  • Ərəbistanın cənubunda PUA əməliyyatı

Səudiyyə koalisiyası Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın cənubunda koalisiya qüvvələrinə qarşı hərbi qayıq və PUA-dan istifadə edərək, əməliyyat həyata keçirdiyini bildirib. 

Səhər Azəri bildirir ki, Yəmənə təcavüz edən səudiyyə koalisiyasının sözçüsü Türki Əl-Maliki bu xəbəri təsdiq edərək, daha sonra Əbha hava limanına qarşı hücumda istifadə edilən qayıqlardan birinin Qırmızı dənizdə məhv edildiyini iddia edib. 

Türki Əl-Maliki koalisiya qüvvələrinin hərbi dəniz bölmələrinin Qırmızı dənizdə Yəmənli qüvvələrin hücum əməliyyatı üçün istifadə etməyə çalışdıqları bomba quraşdırılmış qayıqların zərərsizləşdirdiklərini deyib. 

Ərəbistan Yəmən ordusunun PUA əməliyyatı nəticəsində ciddi zərər və ziyanın dəymədiyini iddia edib. 

Teqlər