Avq 31, 2020 17:54 Asia/Baku
  • Kabil əhalisi Aşura günü qanvermə aksiyasında rekord iştiraka malik oldu

Əfqanıstanda Aşura mərasiminin başlanılması ilə ölkə səviyyəsində əhali qanvermə aksiyasında iştirak edib.

Səhər Azəri bildirir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən Əfqanıstanın Səhiyyə Nazirliyi təkcə Kabil şəhərində Aşura günü qanvermə aksiyasında 415 500 cc qan verildiyini bildirib.

Qanvermə kampaniyası əsasən məscidlər, xəstəxanalar və tibb məntəqələrində həyata keçirilib. 

Səhiyyə rəsmilərinin dediklərinə görə toplanılmış donor qan standartlara uyğun formada saxlanılaraq, vaxtında ehtiyaclı insanlara təqdim ediləcək. 

 

Teqlər