Sen 03, 2020 12:51 Asia/Baku
  • Şri-Lanka yaxınlığında neft tankeri partlayıb

Xəbər mənbələri Şri-Lanka sularında böyük bir neft tankerindən partlayış və yanğının baş verməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, KİV-lərə istinadla xəbər verir ki, Şri-Lankanın paytaxtı Kolombo sahillərində “Nyu Diamond” adlı böyük neft tankerin də partlayış baş verib. Bu tenker Küveyti Hindistanın “Paradip” şəhəri istiqamətində tərk edib.

Tanker Hindistan Milli Neft Şirkətinə məxsus idi və Panama bayrağı altında hərəkət edirdi.

Bu hadisədə 19 nəfərin yaralandığı deyilir.

Şri-Lanka donanmasının mətbuat katibi, tanker ekipajının həyatını xilas etmək üçün hava və dəniz vasitəsilə xilasetmə əməliyyatlarının davam etdiyini söyləyib.

 

Teqlər