Sen 05, 2020 09:19 Asia/Baku
  • Rusiya səfiri Vyaba Xİ Nazirliyinə çağırıldı

Vyana hökuməti zəhərləndiyi iddia olunan müxalifət nümayəndəsinin vəziyyətinə aydınlıq gətirilməsi üçün Rusiya səfirini Xİ Nazirliyinə çağırtdırıb.

Səhər Azəri bildirir ki, Rusiyanın Vyanadakı səfirliyi müxalifət liderlərindən olan Aleksey Navalnı ilə bağlı məsələyə dair Avstriyanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

Almaniya hökuməti də çərşənbə günü bu ölkə ordusuna məxsus laboratoriyalardan birinidə 44 yaşlı Aleksey Navalnı-nın sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərlənməsinə dair tutarlı dəlil və sübutlara malik olduğunu iddia edib. 

Rusiya Xarici İşlər Nazirliyi isə Berlinin bu iddiasını əsassız adlandırıb və Almaniyanın bu mövzu ilə bağlı ilk olaraq Moskva ilə əlaqə saxlamaq yerinə Avropa İttifaqı və NATO ilə müzakirə aparmasını heyrət doğuran məsələ adlandırıb. 

Aleksey Navalnı 2011-ci il etiraz aksiyalarının təşkilatçılarından sayılır. O, Rusiya prezidenti Vladimir Putinin müxaliflərindən sayılır. 

Teqlər