Təbii fəlakətin fəsadları
Pakistanda sel insan tələfatına və dağıntılara səbəb olub
Sen 05, 2020 11:30 Asia/Baku
Musson yağışları nəticəsində sel və daşqınlar Pakistanda böyük dağıntılara yol açıb, 40 nəfərin həyatını itirdiyi bildirilir.
Səhər Azəri bildirir ki, Pakistanda musson yağışları sel və daşqınlara səbəb olub. Nəticədə onlarla nəfər həyatını itirib.
Yay fəslinin sonlarına az qalmış başlayan musson yağışları Pakistanda sel və daşqınlara yol açıb. Bu isə ciddi dağıntılar ilə yanaşı onlarla insanın həyatını itirməsi ilə nəticələnib.
Sel suları və daşqınlar yüzlərlə evin uçmasına, şose yollarının dağılmasına səbəb olub.
Aramsız yağan yağışlar Pakistan iqtisadiyyatının paytaxtı sayılan liman şəhəri Karaçidə acınacaqlı duruma səbəb olub.