Sen 05, 2020 15:55 Asia/Baku
  • Məscid partladı, onlarla ölü və yaralı var

Banqladeş məscidlərindən birində qaz sızması nəticəsində partlayış baş verib, onlarla nəfər xəsarət alıb.

Səhər Azəri bildirir ki, bu barədə Banqladeş polisi məlumat verib. 

Paytaxt Dakkanın 25 kilometrliyində yerləşən "Beyt Əs-Səlat Əl-Came" məscidində baş vermiş partlayışda 11 nəfərin öldüyü, 50 nəfərin də xəsarət aldığı bildirilir. 

Məlumata görə hadisə cümə günü axşam namazı vaxtı baş verib. Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Polis rəisi Zaid Əl-Aləm partlayış nəticəsində xəsarət alanlardan 40 nəfərinin xəstəxanalarda yerləşdirildiyini və bir çoxunun vəziyyətinin ağır olduğunu deyib. 

Banqladeş polisi hadisənin qaz sızması nəticəsində baş verdiyini və hadisə zamanı məsciddə olan kondisionerlərin də partladığını bildirərək, bunun daha çox insanın xəsarət almasına səbəb olduğunu elan edib. 

Partlayışın ardınca məsciddə çıxan yanğını 1 saat sonra söndürmək mümkün olub. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Teqlər