Sen 06, 2020 08:20 Asia/Baku
  • İsrail polisi 12 aksiya iştirakçısını həbs etdi

Sionist İsrail rejimi polisi baş nazir Benyamin Netanyahu əleyhinə etiraz aksiyasında iştirak edənlərə hücum edərək, 12 nəfəri həbs edib.

Səhər Azəri bildirir ki, sionist rejim baş nazirinin iqamətgahı önündə etiraz aksiyası keçirərək, Benyamin Netanyahunun istefa verməsini tələb edənlərdən azı 12 nəfər İsrail polisi tərəfindən həbs edilib. 

"Tayms İsrail"in yazdığına görə aksiya iştirakçılarının polis manesini yararaq, iqamətgaha daxil olmağa çalışmalarının ardınca qarşıdurma baş verib. 

Sionist rejim polisi ictimai asayişi pozmaq və ümumi əmlaka zərər-ziyan yetirmək ittihamı ilə 12 nəfərin saxlanıldığını bildirib. 

Ardıcıl olaraq 12 həftədir ki, Netanyahunun iqamətgahı önündə etiraz aksiyası keçirilir. 

Teqlər