Sen 06, 2020 10:59 Asia/Baku
  • ABŞ-da 60 günlük etiraz aksiyalarına start verildi

ABŞ-da "Anti-Faşizm" adlı qrup prezident seçkilərinə qalan 60 gün ərzində Tramp əleyhinə etiraz aksiyalarına start verib.

Səhər Azəri bildirir ki, Amerikada "Anti-Faşizm" hərəkatı prezident seçkilərinə qalan 60 gün ərzində Tramp əleyhinə etiraz aksiyaları planlaşdırdığından xəbər verib. 

Nyu-York başda olmaqla ABŞ-ın 25 şəhərində start verilən etiraz aksiyalarında minlərlə nəfər iştirak edib. Bu etiraz aksiyalarının başlıca tələbi isə Donald Tramp və Mayk Pensin dərhal istefa verərərk, Ağ Evdən getməsidir. 

Etiraz aksiyasının təşkilatçılarından olan Emma Kaplan deyib: Biz Tramp və Pensin kənarlaşdırılması üçün 60 günlük aksiyalara start vermişik. 

ABŞ prezidenti Donald Tramp etiraz aksiyalarının bütün şəhərlərə yayılmasını dəstəkləyərək, ölkəni xaosa sürükləmək istəyir. Bu da amerikalılar arasında ciddi narahatlıq doğurur.

Aksiya iştirakçılarından biri bu barədə deyir: Tramp öz tərəfdarlarını təhrik etməklə onları müxaliflərinə qarşı qızışdırır. Bununla da qarşıdurmaya, ölkəni böhrana sürükləməyə çalışır. 

Teqlər