Sen 08, 2020 10:37 Asia/Baku
  • Zaxarova: Navalnı ilə bağlı ssenarinin əvvəlcədən yazıldığı hiss edilir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Berlinin Aleksey Navalnının kimyəvi maddə ilə zəhərləndiyinə dair açıqlamalarını şərh edib.

SəhərAzəri SalamNews -a istinadla xəbər verir, "Solovyov Live" YouTube-kanalının efirində Zaxarova ildiri ki, Almaniya Baş Prokurorluğun rəsmi müraciətlərinə, habelə Milli Tibbi Palatanın prezidenti Leonid Roşal da daxil olmaqla rus həkimlərinin çoxsaylı müraciətlərinə cavab vermir.

"Heç nə yoxdur, ssenarinin əvvəlcədən yazıldığına dair bir hiss var", Zaxarova deyib.

O, Almaniya tərəfindən mövcud vəziyyətlə bağlı vahid məlumat mənbəyinin olmadığını da bildirib.

Teqlər