Sen 11, 2020 08:25 Asia/Baku
  • İordaniyada güclü partlayış baş verib

İnformasiya mənbələri bu gün səhərçağı İordaniyanın əl-Zərqa vilayətində güclü partlayışın baş verdiyini xəbər veriblər.

SəhərAzəri xəbər verir, İordaniya hökuməti bildirib ki, partlayış bu ölkə ordusunun əl-Zərqa vilayətində yerləşən kazarmalarından birində baş veribdir.

Bu hökumətin sözçüsü elektrik cərəyanında qısa qapanmanı partlayış amili kimi təqdim edibdir.

İordaniya ordusu da partlayışın tələfata səbəb olmadığını bildirib.

Belə bir halda, bəzi iordaniyalı mənbələr iddia ediblər ki, partlayışda iki nəfər ölüb, üç nəfər isə yaralanıbdır.

Image Caption

 

Teqlər